“Mançester Yunayted” və “Real”ın keçmiş ulduzu Devid Bekhem sahibi olduğu Şimali Amerika futbol liqası MLS-nin “İnter Mayami”ni yaxın zamanda Madrid klubunun yarımmüdafiəçisi Hames Rodriqeslə gücləndirmək niyyətindədir.
Lent.az xarici mediaya istinadla bildirir ki, 44 yaşlı ingiltərəli bu məqsədlə artıq “Kral klubu”nun prezidenti Florentino Pereslə əlaqə yaradıb.
Bekhem hesab edir ki, “Real”ın oyunçusunun bütün problemlərinə baxmayaraq, Hames səviyyəsində futbolçunun əldə edilməsi “Mayami”yə kommersiya baxımından yardımçı olacaq.
Xatırladaq ki, Rodriqesin dəyəri 32 milyon avrodur.