Azərbaycanın futbol çempionatı yenə təxirə salınır
01 may 2020 17:58 (UTC +04:00)

Azərbaycanın futbol çempionatı yenə təxirə salınır

Futbol üzrə Azərbaycan Premyer Liqasının koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümü növbəti dəfə təxirə salınacaq.

Apasport.az saytının məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti qərarları səbəb olub.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdəki çıxışı zamanı kütləvi tədbirlərə olan qadağanın aradan qaldırılmadığını bildirib: "Kütləvi tədbirlərlə bağlı qərar hələ ki qüvvədə qalır. Bu sahədə açılım yoxdur. Növbəti mərhələdə necə olacaq, bu, artıq vəziyyətdən asılıdır".

Bu isə o deməkdir ki, mayın 21-də Birinci divizion, ayın 23-də Premyer Liqa oyunlarının başlaması mümkün olmayacaq. PFL növbəti dəfə oyunların tarixini təxirə salmalı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2563
avatar

Oxşar yazılar