“Xəzər Lənkəran”ın U-17 komandasının baş məşqçisi Ağadadaş Həmidov cəzalanıb.
Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi bugünkü iclasında məşqçinin U-17 Liqasının oyunu zamanı yol verdiyi hərəkəti müzakirə edib.
Həmidov “Xəzər Lənkəran” - “Qarabağ” oyununun 87-ci dəqiqəsində köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Qarşılaşmanın 90-cı dəqiqəsində yenidən meydana daxil olan çalışdırıcı köməkçi hakimə fiziki təzyiq göstərib, ayaqla zərbə endirib. AFFA hakimi təpikləyən məşqçini 20 oyun cəzalandırıb.