Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində düşmən hücumunun qarşısını alarkən döyüşdə şəhid verən Azərbaycan Ordusuna dəstək davam edir.
Apasport.az saytının məlumatına görə, vaxtilə ölkəmizdə çıxış etmiş daha bir futbolçu baş verən hadisələrə biganə qalmayıb.
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Muarem Muarem sosial şəbəkə vasitəsilə dəstək paylaşımı edib. Makedoniyalı oyunçu feysbuk səhifəsindən "Başın sağ olsun, Azərbaycan" yazıb və üzərində "Qarabağ Azərbaycanındır" yazılan Azərbaycan xəritəsini paylaşıb.
Qeyd edək ki, Muarem Muarem 2012-2015 və 2016-17-ci illərdə "Qarabağ"da çıxış edib.