Avropa Liqasının 2020/21 mövsümündə I təsnifat mərhələsində çıxış edəcək 58 klub dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, bu mərhələdə oynayacaq 94 klubdan 86-sı ilk matçına çıxacaq.
Digər 8 komanda isə ilkin mərhələnin qalibləri olacaq. Püşkatma zamanı klublar reytinqinə görə səbətlərə bölünəcək.
58 komandadan 22-nin səpələnmişlər səbətində olacağı dəqiqləşib. 27 komanda isə onlara rəqib olacaq səpələnməmişlər sırasındadır.
Digər 9 klubun taleyinə hələ aydınlıq gəlməyib. Onların hansı səbətdə olmasının bilinməsi üçün daha çox iştirakçıların dəqiqləşməsi lazımdır.
Azərbaycanın Avropa Liqasındakı üç təmsilçisi də bu klublar arasındadır. “Neftçi”, “Keşlə” və “Sumqayıt” hansı səbətdə yer alacağını gözləyir.
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq.
Avropa Liqası, 2020/21 mövsümü
I təsnifat mərhələsi
Səpələnmişlər
APOEL (Kipr)
“Partizan” (Serbiya)
“Rusenborq” (Norveç)
“Apollon” (Kipr)
“Fehervar” (Macarıstan)
“Şkendiya” (Şimali Makedoniya)
“Dinamo” (Mn, Belarus)
TNS (Uels)
“Zrinski” (Bosniya və Herseqovina) “Kayrat” (Qazaxıstan)
“Jalgiris” (V, Litva)
“Motervell” (Şotlandiya)
“Vaduts” (Lixtenşteyn)
“Ventspils” (Latviya)
“Valletta” (Malta)
“Linkoln” (Cəbəllütariq)
“Topola” (Serbiya)
“Nomme Kalyu” (Estoniya)
“Şaxtyor” (Belarus)
“Hammarbü” (İsveç)
“Hafnarfyordur” (İslandiya)
“Riterlay” (Litva)
“Proqress” (Lüksemburq)
Səpələnməmişlər
“Hibernians” (Malta)
“Jelezniçar” (Bosniya və Herseqovina)
“Puşkaş Akademi” (Macarıstan)
“Şkupi” (Şimali Makedoniya)
“Saburtalo” (Gürcüstan)
“Petrokub” (Moldova)
“Differdanj” (Lüksemburq)
“Union” (Lüksemburq)
“Jalgiris” (K, Litva)
RFS (Latviya)
“Valmiera” (Latviya)
“Renova” (Şimali Makedoniya)
“Sfantul” (Moldova)
“Borats” (Bosniya və Herseqovina)
“Dinamo-Avto” (Moldova)
“Bohemians” (İrlandiya)
“Derri” (İrlandiya)
“İlves” (Finlandiya)
“İnter” (Finlandiya)
“Honka” (Finlandiya)
“Breydablik” (İslandiya)
“Bala Taun” (Uels)
“Dinamo” (Bt, Gürcüstan)
“Lokomotiv” (Gürcüstan)
“Sirens” (Malta)
“Vikinqur” (İslandiya)
“Payde” (Estoniya)
Qeyri-müəyyənlər
“Honved” (Macarıstan)
“Makkabi” (H, İsrail)
“Ordabası” (Qazaxıstan)
“Neftçi” (Azərbaycan)
“Keşlə” (Azərbaycan)
“Sumqayıt” (Azərbaycan)
“Şemrok Rovers” (İrlandiya)
“Lokomotiv” (P, Bolqarıstan)
“Levadiya” (Estoniya)