Avrokuboklar avqustda 3 həftəyə başa çatdırıla bilər
12 aprel 2020 21:33 (UTC +04:00)

Avrokuboklar avqustda 3 həftəyə başa çatdırıla bilər

 

Koronavirus pandemiyası üzündən dayandırılan avrokubokların başa çatdırılması üçün UEFA-nın nəzərdən keçirdiyi variantlardan biri müəyyənləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, qeyri-müəyyən müddətə təxirə salınan Çempionlar Liqası və Avropa Liqasının oyunları avqustda təşkil oluna bilər. 

UEFA turnirləri üç həftə ərzində yekunlaşdırmaq niyyətindədir. 1/8 finalın baş tutmayan oyunları, həmçinin 1/4, 1/2 və final qarşılaşmalarının bu qısa müddətdə keçirilməsi planlaşdırılır.

Həmin vaxta qədər Avropadakı bütün milli çempionatların oyunları başa çatacaq. Liqalarda növbəti mövsümün startı da həmin vaxta təsadüf edəcəyi nəzərdə tutulub. Bu üzdən də avrokuboklarda mübarizəni davam etdirən komandaların öz ölkələrinin çempionatındakı ilk turları buraxmalı olacaqlar. Bu qarşılaşmalar sonradan baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1651
avatar

Oxşar yazılar