İranlı idmançı Elnaz Rekabi dırmanma turnirində hicabsız çıxış edib. “Marca” xəbər verir. Rekabi 2022-ci ildə Seulda keçirilən Asiya çempionatında dördüncü yeri tutub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, 43 ildə başıaçıq yarışan ilk İran idmançısı olub. Ölkə qanunlarına görə, onu həbs və cərimə gözləyir.
Rekabi bu addımı “yanlış” hicab geyindiyinə görə İran polisi tərəfindən döyülən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlara dəstək olaraq atıb.
Rekabi 2021-ci il Dünya çempionatının bürünc mükafatçısıdır. Onun həmçinin Asiya çempionatında bir gümüş və iki bürünc medalı var.