35 ölkə Rusiya idmançılarının 2024-cü il Olimpiadasında iştirakına qarşıdır  
11 fevral 2023 07:34 (UTC +04:00)

35 ölkə Rusiya idmançılarının 2024-cü il Olimpiadasında iştirakına qarşıdır  

35 ölkə Rusiya idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına qarşı çıxıb. 
Lent.az-ın məlumatına görə, bunu Litvanın idman naziri Yurqita Syuqjdinene Reuters agentliyinə deyib.

Rusiya və Belarus komandalarının iştirakına qarşı çıxanlar arasında ABŞ, Almaniya və Avstraliya da var.

Xatırladaq ki, 2024-cü il Olimpiya Oyunları Parisdə keçiriləcək. Fransa prezidenti Emmanuel Makron bildirib ki, yarış zamanı ölkə BOK-un ruslar və belaruslarla bağlı qərarını rəhbər tutacaq.

Bundan əvvəl Paris meri 2024-cü il Olimpiadasında Rusiyadan olan idmançıların iştirakına qarşı çıxış etmişdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1632
avatar

Oxşar yazılar