İtaliya A seriyasının lideri “Yuventus” XXXI turun “Milan”la görüşündə 2:4 hesabı ilə uduzub.
Apasport.az saytının məlumatına görə, Turin klubu 7 ildən sonra çempionat matçında 4 top buraxıb.
Sonuncu dəfə 2013-cü ilin oktyabrınd belə halla üzləşən “ağ-qaralar” həmin vaxt “Fiorentina”ya məğlub olub. Maraqlıdır ki, həmin qarşılaşmada da 2:4 hesabı qeydə alınıb.
“Milan”ın “Yuventus”a 4 qol vurmasına isə sonuncu dəfə 31 il əvvəl təsadüf olunub. 1989-cy ilin martında milanlılar rəqibini 4:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, bu məğlubiyyətlə “Yuventus”un 7 matçlıq qələbə seriyası da qırılıb.