23 yaşında dünya çempionatı  tarixinə düşdü
30 noyabr 2022 19:31 (UTC +04:00)

23 yaşında dünya çempionatı tarixinə düşdü

Qətərin ev sahibliyi etdiyi 2022-ci il dünya çempionatında A qrupunun həyəcanı sona çatıb. Hollandiya millisinin 23 yaşlı ulduzu Kodi Qakpo çıxışı ilə tarixə düşüb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 23 yaşlı Kodi Qakpo 1986-cı ildən sonra bir ilkə imza atıb. 

Hollandiya millisinin Seneqala qarşı ilk oyununda ilk qolu məhz Kodi Qakpo açıb. 23 yaşlı futbolçu 84-cü dəqiqədə Frenk de Yonqun ötürməsi ilə rəqibin qapısına yol tapıb. Kodi Qakponun açılış qolunu vurduğu oyunda Hollandiya Seneqalı 2:0 hesabı ilə məğlub edib.

Hollandiyanın Ekvadorla qarşılaşdığı qrupun ikinci oyununda yenə ilk qolu vuran Kodi Qakpo olub. 23 yaşlı ulduz futbolçu 6-cı dəqiqədə Davy Klaassenin ötürməsi ilə rəqibin qapısına qol vurub. Kodi Qakponun qoluna Enner Valensiya cavab verib. Hollandiya və Ekvador 1:1 hesablı heç-heçə ilə meydanı tərk edib.

A qrupunun son oyununda Hollandiya millisinin Qətərlə qarşılaşdığı görüşdə Kodi Qakpo yenidən hesabı açıb. 23 yaşlı ulduz futbolçu 26-cı dəqiqədə ölkəsini 1:0 hesabı ilə irəli çıxarıb. Kodi bu qolla 1986-cı ildən bəri ilkə imza atıb. Məlumatlara görə, Kodi Qakpo dünya kuboku tarixində Alessandro Altobellidən (1986) sonra qrup mərhələsində hər üç oyunda ilk qolu vuran ikinci oyunçu olub.

23 yaşlı hücumçu bu mövsüm də inanılmaz performansını davam etdirib. Kodi Qakpo bu mövsüm “PSV Eyndhoven”in heyətində 24 oyunda meydana çıxıb. 23 yaşlı futbolçu 13 dəfə rəqib qapısına yol tapıb. Kodi Qakpo komanda yoldaşlarına 17 qol ötürməsi verib. Gənc oyunçunun hazırkı bazar dəyəri 45 milyon avro olaraq göstərilir. Onun PSV ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2049
avatar

Oxşar yazılar