“Zareçye Odintsovo” çimərlik voleybol klubunun və Rusiyanın gənclərdən ibarət çimərlik voleybolu komandasının voleybolçusu Arina Mixaylina intihar edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 21 yaşlı qız 1-ci Siniçkina küçəsində, Moskva Energetika İnstitutunun yataqxana binasının yaxınlığında tapılıb. Aldığı xəsarətlərin xarakteri onun intihara cəhd etdiyini göstəririb. Həkimlər onu xilas edə bilməyiblər.
Arina Mixaylina 17 yaşadək qızlar arasında Rusiya çempionatının çempionu (2018) və Tələbə Spartakiadasının bürünc medalının qalibi (2019) olub.