“Tottenhem” rəhbərliyi Piero İnkapeni “Bayer”dən almaqda qərarlıdır.
Lent.az bildirir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, London komandası 21 yaşlı futbolçu üçün 25 milyon avro dəyərində ilk təklifi edib.
Mənbənin bildirdiyinə görə, London klubu müdafiəni ekvadorlu futbolçu ilə gücləndirməyi planlaşdırır.
İngiltərə komandasının baş məşqçisi Antonio Konte onun alınmasında şəxsən maraqlıdır.
Əlavə edək ki, İnkape 2021-ci ilin avqustunda “Bayer”ə qoşulub. Bu mövsüm o, komandanın heyətində 20 oyuna çıxıb və 1 qol vurub.