204 kilo ştanqı qaldırmağa çalışdı,  öldü  -  VİDEO
26 iyul 2023 13:42 (UTC +04:00)

204 kilo ştanqı qaldırmağa çalışdı, öldü - VİDEO

Blogger-bodibildinq Castin Viki şəxsi rekordunu göstərməyə çalışıb və ağır onurğa və boyun zədəsindən faciəvi şəkildə ölüb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Balidəki idman klublarından birində idmançı 204 kiloqram çəkisi olan ştanqı qaldırmağa çalışıb.

Qeyd olunur ki, Vikinin ayaqları ağır yükə tab gətirə bilməyib və ştanq onun boynuna düşüb.

Xəsarət alan bodibilder onurğa və boyun sınığı ilə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Mərhumun 33 yaşı var idi. O, qidalanmanın korreksiyası və şəxsi məşqlə məşğul idi və sosial şəbəkələrdə 30 mindən çox abunəçisi olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2505
avatar

Oxşar yazılar