“Transfermarkt” 2022-ci ilə yekun vurub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, məşhur resurs ən bahalı transferlərin ilk onluğunu hazırlayıb.
1. Antoni (“Ayaks”dan “Mançester Yunayted”ə, 95 milyon avro).
2. Duşan Vlahoviç (“Fiorentina”dan “Yuventus”a, 81,6 milyon).
3. Uesli Fofana (“Lester”dən “Çelsi”yə, 80,4 milyon).
4. Orelyen Tçuameni (“Monako”dan “Real”, 80 milyon).
5. Darvin Nunes (“Benfika”dan “Liverpul”a, 80 milyon).
6. Kazemiro (“Real”dan “Mançester Yunayted”ə, 70,65 milyon).
7. Aleksander İsak (“Real Sosyedad”dan “Nyukasl”a, 70 milyon).
8. Matteys de Liqt (“Yuventus”dan “Bavariya”ya, 67 milyon).
9. Marko Kukurelya (“Brayton”dan “Çelsi”yə , 65,3 milyon).
10. Erlinq Haaland (“Borussiya” Dortmunddan “Mançester Siti”yə, 60 milyon).
Əlavə edək ki, zirvədə yer alan Haaland yeni klubunda 20 oyunda 26 qol vurub və 3 məhsuldar ötürmə verib, siyahının lideri Entoni isə “Mançester Yunayted”də 13 oyuna çıxıb, cəmi 3 qol vura bilib.