Olimpiadada qalmaqal: Ərdoğan ingilisə tərbiyəsiz dedi
Lent.az-ın məlumatına görə, hadisə qadın basketbolçular arasında keçirilən Türkiyə - Anqola matçından sonra baş verib.
Ərdoğan həyat yoldaşı Əminə xanım və qızı Süməyyə ilə birgə oyunu izləyib. Qarşılaşmanın ardından yarış zalını tərk etmək istəyərkən baş nazir qapıda 5 dəqiqə gözlədilib. İngiltərəli təhlükəsizlik xidməti əməkdaşı TRT-yə müsahibə vermək üçün VİP tribunasından qarışıq zonaya keçmək istəyən Ərdoğanın qarşısını kəsib. O, “Buradan yalnız idmançılar istifadə edə bilər. Sizin keçməyinizə icazə yoxdur” deyib.
Baş nazir səbirlə problemin aradan qaldırılmasını gözləyib. Türkiyənin gənclər və idman naziri Suat Kılıç və Ərdoğanın ətrafındakı digər heyət üzvləri ingiltərəliyə sərt reaksiva veriblər. Ərdoğanın mühafizəçilərinin müdaxiləsindən sonra isə qarışıqlıq yaranıb. 5 dəqiqəyədək davam edən problem türkiyəli rəsmilərin digər təhlükəsizlik xidməti əməkdaşlarından kömək istəməsinin ardından çözülüb. Digər yetkililər gəldikdən sonra təhlükəsizlik xidməti əməkdaşı geri addım atıb. Səbri daşan Ərdoğan isə ona “Buyurun, keçin” deyildikdən sonra əllərini açıb və həmin əməkdaşın üzünə baxaraq, iki dəfə türkcə “Sən necə də tərbiyəsiz adammışsan!” deyib.
Qeyd edək ki, Türkiyə Anqolanı 72:50 hesabı ilə yenib.

Oxşar yazılar

Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31
Con Terri futbol izləməyi dayandırıb, darıxdırıcı olduğu üçün
11 iyul 2025 , 12:21
Haaland tətilini sevgilisi ilə İbizada keçirir: yaxtada gəzirlər
11 iyul 2025 , 09:39