Dopinqə görə cəzalanan cüdoçumuz da Elnur Məmmədlinin yolu ilə getdi
Orqanizmindən qadağan olunmuş dərman preparatının tapılması ilə əlaqədar 4 illik cəzasını geridə qoyan Azərbaycan cüdoçusu Nicat Şıxəlizadənin çıxış edəcəyi çəki dərəcəsi dəyişdirilib. Bu haqda Lent.az-a milli komandamızın baş məşqçisi Ağayar Axundzadə məlumat verib.
Axundzadənin sözlərinə görə, artıq Şıxəlizadə 60 kq-da deyil, 66 kq çəkidə yarışacaq. Buna idmançının hər yarış öncəsi xeyli miqdarda çəki salması səbəb olub. Turnirlər arasındakı zaman intervalı qısa olduğundan, hər dəfə çəki salması cüdoçumuza problem yaradır. Şıxəlizadənin yeni çəkidə ilk sınağı 17 sentyabrda Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək Dünya Kuboku olacaq. İki gün davam edəcək yarışda o, Tərlan Kərimovla eyni çəkidə mübarizə aparacaq. Daşkəndə İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Rüstəm Alimli (81 kq), Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100 kq) və Emil Tahirov (+100 kq) da aparılacaq. Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq), Ramilə Yusubova (63 kq) kimi aparıcı cüdoçular isə 16 – 18 oktyabrda Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təşkil olunacaq Qran Priyə hazırlaşırlar.
Hazırda 66 kq çəkidə cüdoçularımızdan ən çox lisenziya xalı Tərlan Kərimovun aktivindədir. 2012-ci il London Yay Olimpiya Oyunlarınadək qalan müddət ərzində Kərimova çatmaq isə mümkünsüz görünür. Axundzadə bildirib ki, Şıxəlizadə 2007-ci ildən sonra 4 il güləşməyibsə, bu, idmançının öz günahıdır: “Bunu onun özünə də demişəm. Heç kim Nicata deməmişdi ki, dərman və ya hansısa dopinq tərkibli preparat qəbul et. İlk növbədə, özü öz problemini həll etməlidir. Onun çəki problemi var. Şıxəlizadə olimpiadaya düşməsə də, dünya və Avropa çempionatlarını, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarını fikirləşməlidir. Artıq cüdoda lisenziya ölkəyə yox, onu qazanan idmançıya verilir. İlk 22 pillədəki cüdoçulardan hansısa olimpiadaya gedə bilməsə, onu 23-cü cüdoçu əvəzləyəcək”.
Qeyd edək ki, Nicat Şıxəlizadədən əvvəl Elnur Məmmədli də çəki dərəcəsini dəyişib. Məmmədli 2008-ci il Pekin olimpiadasında 73 kq çəkidə qalib olduqdan sonra 81 kq-a keçib.
Elşən MƏMMƏDOV

874