Dünya çempionatının finalına vəsiqə üçün 0,960 saniyə çatmadı - FOTO
19 avqust 2011 10:11 (UTC +04:00)

Dünya çempionatının finalına vəsiqə üçün 0,960 saniyə çatmadı - FOTO

Azərbaycan kanoeçisi Adnan Əliyevin Macarıstanın Seqed şəhərində keçirilən dünya çempionatında finala yüksəlməsi üçün 0,960 saniyəsi kifayət etməyib. Lent.az-ın məlumatına görə, 1 nəfərlik kanoe qayığı ilə 1000 metr məsafəyə yarımfinal yürüşündə Əliyev finişə 3 dəqiqə 55,977 saniyəyə çatıb.

O, özbəkistanlı Vadim Menkov (03:53:277) və rusiyalı İlya Ştokalovdan (03:53.727) geri qalıb. Qaydalara əsasən, əsas finala 4 yarımfinal yürüşündə ilk 2 yerin sahibləri və 3-cü yeri tutanlardan ən yaxşı göstəriciyə malik idmançı yüksəlib. Bu səbəbdən, Əliyevin həlledici mərhələyə çıxıb-çıxmadığını müəyyənləşdirmək üçün digər 3 yarımfinal yürüşündəki 3-cü yer sahiblərinin göstəricilərinə baxılıb. Bu zaman ən yaxşı 3-cü nəticəni 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Adnan Əliyevlə birgə 2 nəfərlik qayıqla finaladək irəliləmiş bolqarıstanlı Deyan Georgiyevin tutduğu məlum olub. Georgiyev finişə 3 dəqiqə 55,017 saniyəyə çatıb ki, bu da ona medallar uğrunda mübarizəni davam etdirmək imkanı verib. Halbuki 4-cü yarımfinal yürüşündə birinci yeri tutan ispaniyalı David Calın nəticəsi kanoeçimizinkindən aşağı – 4 dəqiqə 0,506 saniyə olub. Əliyev avqustun 19-da ən yaxşı halda 10–cu yeri tutmağa imkan verən B finalında çıxış edəcək.

Qeyd edək ki, əsas finala yüksələ bilməməklə, Adnan Əliyev 2012-ci il London Yay Olimpiya Oyunlarına dünya çempionatındaca lisenziya qazanmaq şansını itirib. O, gələn ilin mayında keçiriləcək Avropa təsnifat turnirinə ümid edə bilər. Lakin qitə çempionatında cəmi 1 vəsiqə uğrunda mübarizə gedəcək.
# 399

Oxşar yazılar

Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57