Samuel Eto O “Anji”də oynamağa razılaşıb
18 avqust 2011 14:48 (UTC +04:00)

Samuel Eto O “Anji”də oynamağa razılaşıb

Lent.az-ın İatliyanın “La Gazzetta dello Sport” qəzetinə istinadən verdiyi məlumata görə, Samuel Eto O 3 il ərzində hər il üçün 20 milyon avro əməkhaqqı müqabilində müqavilə imzalamağa razılaşıb.

Ancaq “Anji” hələ də oyunçunun transfer məbləği barədə “İnter”lə razılıq əldə edə bilməyib. Avqustun 17-də hər iki klubun təmsilçiləri Milanda görüşüblər. “Anji” Samuel Eto O üçün 22 milyon avro təklif edir, “İnter” isə oyunçunu 30 milyon avroya satmaq istəyir. Bu gün “Anji” klubunun agenti German Tkaçenko “İnter” klubunun rəhbərliyi ilə yekun danışıq aparacaq. Qəzet yazır ki, tərəflər oyunçunun “Anji”də çıxışından asılı olaraq onun 25 milyon avroya Rusiya klubuna transferi barədə razılığa gələ bilərlər.
“Tribalfootball.com” saytı isə yazıb ki, “Anji” nəinki Samuel EtoO, o cümlədən “İnter”lə razılığa gəlib, sadəcə, müqaviləni rus və italyan dillərində hazırlamaq, son variantı isə ingilis dilində imzalamaq qalıb.
# 432

Oxşar yazılar

PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57
Ronaldo “Kruzeyro” klubunu  satdı

Ronaldo “Kruzeyro” klubunu satdı

30 aprel 2024 , 19:28