“Barselona” – “Real” matçında kütləvi toqquşma – VİDEO
18 avqust 2011 13:30 (UTC +04:00)

“Barselona” – “Real” matçında kütləvi toqquşma – VİDEO

Lent.az-ın məlumatına görə, hər şey “Real”ın oyunçusu Marselonun “Barselona”nın yeni transferi Sesk Fabreqasa qarşı çox kobud fənd işlətməsindən sonra başlayıb.

Marselo qırmızı kart alsa da, bundan sonra meydançada iki komandanın oyunçuları və məşqçiləri arasında dava düşüb. Hakim davada iştirak edən Məsud Özil (“Real”) və David Vilyanı (“Barselona”) da meydandan qovub.

Bundan sonra “Real”ın baş məşqçisi Joze Maurinyo arxadan yaxınlaşaraq “Barselona”nın baş məşqçisi Xosep Qvardiolanın köməkçisi Tito Vilanovun qulağını dartıb. Buna cavab olaraq Vilanova geriyə çevrilərək Mourinyonu itələyib. Mourinyo sonradan iddia edib ki, Vilanovanın kim olduğunu bilməyib. Onun bu açıqlaması Qvardiolanın qəzəbinə səbəb olub. “Barsa”nın baş məşqçisi bildirib ki, Mourinyo ən xırda nəzakət hisslərini belə unudur: “O, Vilanovanın kim olduğunu bilməyə borcludur. Axı mən onun köməkçisini yaxşı tanıyıram”.

Xatırladaq ki, “Barselona” iki oyunun nəticəsinə uyğun olaraq 5:4 hesabı ilə qalib gələrək üçüncü dəfə dalbadal İspaniya Superkubokunu qazanıb.
# 1429

Oxşar yazılar

Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57