“Qarabağ” da belə getdi...
Lent.az-ın məlumatına görə, Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə Ağdam klubu Belçika “Brügge”sini 1:0 hesabı ilə yensə də, “pley-off”a yüksələ bilməyib.
Buna baş məşqçi Qurban Qurbanovun komandasının Brüsseldəki ilk görüşdə daha böyük fərqlə - 1:4 hesabı ilə uduzması səbəb olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş cavab qarşılaşmasında “Qarabağ” üstün oyun sərgiləsə də, istəyinə 87-ci dəqiqədə çatıb. “Bakı”dan transfer olunan Bəxtiyar Soltanov meydana daxil olduqdan 5 dəqiqə sonra qol vurub.
Beləliklə, ötən iki mövsümdə Avropa Liqasının “pley-off” mərhələsinədək irəliləmiş “Qarabağ” bu dəfə turnirlə daha erkən vidalaşıb. Daha öncə Azərbaycan təmsilçilərindən AZAL Avroliqanın I, “Neftçi” Çempionlar Liqasının, “Xəzər Lənkəran” isə Avroliqanın II təsnifat mərhələlərində ilk cəhddəcə mübarizəni dayandırıb. Bu üç komandanın heç biri qələbə qazana bilmədiyi halda, “Qarabağ” 3 dəfə qalib gəlib.

Oxşar yazılar

Bu futbol klubu formasında reklamların sayına görə rekord vurdu
20 iyul 2025 , 11:01
3 ingilis klubu onu almaq üçün yarışır
19 iyul 2025 , 18:54
"Real" onun müqaviləsini uzatdı
19 iyul 2025 , 15:00
Dünyanın ən böyük futbol stadionu 2030-cu il dünya çempionatının finalına ev sahibliyi etməyə bilər
19 iyul 2025 , 09:42
Azərbaycan güləşçiləri reytinq turnirində 5 medal qazandılar
19 iyul 2025 , 04:53
"Real"ın 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55