Makedoniya yığması Bakıya daha bir itki ilə gəlir
Lent.az-ın Makedoniya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, sol cinah müdafiəçisi Aleksandar Lazevski Serbiyanın “Partizan” klubunun düşərgəsində ikən zədələnib. Baş məşqçi Boban Babunski ehtiyac olsa, 23 yaşlı oyunçunun əvəzinə milliyə yenisini çağıracaq. Daha öncə “Neftçi”də çıxış edən İqor Mitreski zədə üzündən Makedoniya yığmasına dəvət edilməyib.
Babunski komandanı avqustun 7-də paytaxt Skopyedə bir araya gətirəcək. Həmin gün o, yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 14:00) mətbuat konfransı keçirəcək, saat 19:00-da isə komandanı “Filipp II” stadionunda axşam məşqinə çıxaracaq. Ertəsi gün makedoniyalılar Skopye – Vyana – Bakı təyyarə reysi ilə paytaxtımıza gələcəklər.
Qeyd edək ki, Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Makedoniya matçı saat 20:00-da başlanacaq.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Bu futbol klubu formasında reklamların sayına görə rekord vurdu
20 iyul 2025 , 11:01
3 ingilis klubu onu almaq üçün yarışır
19 iyul 2025 , 18:54
"Real" onun müqaviləsini uzatdı
19 iyul 2025 , 15:00
Dünyanın ən böyük futbol stadionu 2030-cu il dünya çempionatının finalına ev sahibliyi etməyə bilər
19 iyul 2025 , 09:42
Azərbaycan güləşçiləri reytinq turnirində 5 medal qazandılar
19 iyul 2025 , 04:53
"Real"ın 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55