“Neftçi”nin Çempionlar Liqasındakı rəqibi “Bakı”nı yendi
06 iyul 2011 13:45 (UTC +04:00)

“Neftçi”nin Çempionlar Liqasındakı rəqibi “Bakı”nı yendi

Lent.az-ın məlumatına görə, rəqib son Xorvatiya çempionu və “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Dinamo” (Zaqreb) olub.

Sloveniyanın Dravoqrad şəhərinin eyniadlı stadionunda baş tutan görüş “Dinamo”nun qələbəsi ilə yekunlaşıb. Qolları 18-ci dəqiqədə penaltidən İvan Krstanoviç, 68-ci dəqiqədə isə Luis İbanyes vurub. “Bakı”nın baş məşqçisi Aleksandr Starkov start heyətində yeni transferlərdən Uinston Parks və Denis İvanovsa şans verib. Fasilədən sonra oyuna Elvin Əliyev daxil olub.

Qeyd edək ki, “Bakı” daha öncə Sloveniyanın “Domjaje” klubuna da 0:2 hesabı ilə uduzub. Növbəti rəqibin Türkiyə Superliqasına yüksələn “Orduspor” olacağı bildirilsə də, bu görüş baş tutmayacaq. Əvəzində Starkovun komandası Xorvatiya yüksək liqasında yarışan “İstra” (Pula) ilə üz-üzə gələcək. Oyun iyulun 9-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar