Türkiyədə danışılmış oyunlarla bağlı 7 nəfər həbsxanaya göndərildi
06 iyul 2011 10:36 (UTC +04:00)

Türkiyədə danışılmış oyunlarla bağlı 7 nəfər həbsxanaya göndərildi

Futbolda danışılmış oyun iddiaları ilə əlaqədar cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilən 18 nəfərdən 7-si həbs olunub. Lent.az-ın məlumatına görə, İstanbul Prokurorluğunda istintaqı aparan dövlət ittihamçısı Mehmet Bərk və digərləri tərəfindən dindirilən şübhəlilər sorğu-sual edildikdən sonra Ağır Cəza Məhkəməsinə veriliblər.

Şübhəlilərdən Abdurrahman Yakut, Olqun Peker, Haldun Şenman, Talat Əmrə Koçak, Coşkun Çalık, Hakan Karaahmet və Ömer Ülkü məhkəmədəcə həbs olunaraq Metris həbsxanasına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar