İdmançımız Avropa çempionatında həm qızıl, həm də gümüş medal qazandı
Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatına yekun vurulub. Lent.az-ın məlumatına görə, yarışda Azərbaycanı 7 yeniyetmə, 4 23 yaşadək idmançı təmsil edib.
Onlar çıxış etdikləri 13 qayıq tipindən 7-də əsas finala vəsiqə qazanıblar. Yekunda isə milli komandamız 1 qızıl, 1 gümüş medal əldə edib. Həmin medalları ölkəmizə 23 yaşadək kanoeçilərin mübarizəsində Andrey Kraytor qazandırıb. Cəmi 19 yaşı olan Kraytor özündən böyüklərlə mübarizədə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə Avropa çempionu olub. 500 metr məsafəyə yürüşdə isə o, gümüş medala sahib çıxıb.
Kraytor ötənilki Avropa birinciliyində yeniyetmələrin mübarizəsində çıxış edib və 500 metr məsafəyə yürüşdə gümüş medal qazanıb. İndi isə kanoeçimiz daha yuxarı yaş kateqoriyasında gümüşdən əlavə, qızıl medala da yiyələnib.
Qalan 5 final yürüşünə gəldikdə, yeniyetmələr arasında 2 nəfərlik kanoe qayığı ilə mübarizə aparan Aleksey Kuçer – İqor Delistianov dueti də 2 məsafədə həlledici yürüşün iştirakçısı olub. Lakin onlar həm 500 metr, həm də 1000 metr məsafəyə yürüşlərdə 5-ci yeri tutublar.
Yeniyetmələrin 2010-cu il Sinqapur Yay Olimpiya Oyunlarının iştirakçısı Radoslav Kutsev 1 nəfərlik kanoe qayığı ilə 1000 metr məsafəyə yürüşdə finala çıxıb. Lakin o, 7-ci yerlə kifayətlənib.
Millimiz daha 2 final həyəcanını kayakçıların mübarizəsində 500 metr məsafəyə yürüşdə yaşayıb. Mirnazim Cavadov 1 nəfərlik qayıqla 23 yaşadək kayakçıların yarışında 8-ci, Rüfət Vəlizadə - Tamerlan Mustafayev dueti isə yeniyetmələr arasında 9-cu olub.

518