Mariya Şarapova irəlilədi
04 iyul 2011 13:28 (UTC +04:00)

Mariya Şarapova irəlilədi

Qadın Tennisçilər Assosiasiyasının (WTA) yeni reytinq siyahısı dərc olunub. Lent.az-ın məlumatına görə, siyahının ilk 3 pilləsində dəyişiklik baş verməyib.

Karolina Voznyatski (Danimarka) 9915 xalla 1-ci, Kim Kleysters (Belçika) 7625 xalla 2-ci, Vera Zvonaryova (Rusiya) isə 6695 xalla 3-cü pillədə qalıb. “Roland Garros” turnirinin qalibi La Ni (Çin) 5855 xalla 6-cı pilləyə geriləyib. Əvəzində 4-cü pilləyə 6465 xalla Viktoriya Azarenko (Belarus), 5-ci pilləyə isə 6141 xalla Mariya Şarapova (Rusiya) qalxıb. Onların hər ikisi 1 pilllə yüksəlib.

Qeyd edək ki, Mariya Şarapova “Uimbldon” turnirində finalınadək irəliləyib. Onun həlledici görüşdə uduzduğu çexiyalı Petra Kvitova 5437 xalla 7-ci pilləyə qalxıb. “Uimbldon”un ötənilki qalibi, dünyanın sabiq 1 nömrəli tennisçisi Serena Uilyams (ABŞ) bu dəfə 1/8 finalda uduzub. Bu isə onun 175-ci pilləyə enməsinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424

Oxşar yazılar