Aziz Yıldırım xəstəxanaya düşdü
04 iyul 2011 12:28 (UTC +04:00)

Aziz Yıldırım xəstəxanaya düşdü

Lent.az-ın məlumatına görə, ötən gün danışılmış oyunlar qalmaqalı ilə əlaqədar aparılan əməliyyat çərçivəsində saxlanılmış Yıldırımın səhhəti pisləşib.

O, ötən gecəni polis idarəsinin binasının yer qatındakı bir nəfərlik kamerada keçirib. Özünü narahat hiss edən klub prezidenti vəkilindən şəkər xəstəliyinə qarşı dərman gətirməsini istəyib. Səhərə doğru halı pisləşən Yıldırım xəstəxanaya göndərilib.

Qeyd edək ki, Aziz Yıldırım telefon danışıqlarının izlənilməsi nəticəsində tutulub. O, “mənfəət güdmək niyyətilə silahlı dəstə yaratma, idarə etmə, cinayət məqsədilə qurulan şəbəkəyə üzv olma” maddələri ilə ittiham edilir. Həbs olunacağı iddia edilən Yıldırım barəsindəki iddialar arasında oyun alma ittihamı da var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar