Rafael Nadal birinci pilləni əldən verdi
04 iyul 2011 12:09 (UTC +04:00)

Rafael Nadal birinci pilləni əldən verdi

İspaniyalı tennisçi Rafael Nadal dünyanın 1 nömrəli kişi tennisçisi titulunu əldən verib. Lent.az-ın məlumatına görə, Peşəkar Tennisçilər Assosiasiyasının iyulun 4-də açıqladığı yeni siyahıda onu serbiyalı Novak Cokoviç əvəzləyib.

Bununla da Cokoviç karyerasında ilk dəfə dünyanın ən güclüsünə çevrilib. O, ötən gün “Uimbldon” turnirinin finalında məhz Nadalı məğlub edib. Lakin bu görüşədək də serbiyalı tennisçinin yeni siyahıda birinci olacağı məlum idi.

Qeyd edək ki, 2011-ci ildə Novak Cokoviç 48 qələbə qazandığı halda, yalnız 1 görüşdə uduzub. O, “Roland Garros” turnirinin yarımfinalında isveçrəli Roje Federerə uduzub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar