Azərbaycan boksçusu London olimpiadasına lisenziya qazandı
Bu haqda Lent.az-a Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev məlumat verib.
Onun sözlərinə görə, Migitinov WSB (Ümumdünya Boks Seriyası) Liqasında uğurlu çıxışı sayəsində bu vəsiqəyə sahib çıxıb. O, 73 kq çəki dərəcəsi üzrə keçirilmiş final görüşündə ukraynalı Sergey Derevyançenkoya uduzub. Qaydalara əsasən, olimpiadaya lisenziyanı yalnız birinci yeri tutan idmançı qazanmalıdır. Lakin Ukrayna Boks Federasiyası Derevyançenkonun vəsiqəsindən imtina edib. Onlar olimpiadada daha güclü boksçu ilə təmsil olunmaq istədiklərini bildiriblər. Bu səbəbdən, həmin lisenziya ikinci yeri tutmuş Migitinova verilib. Artıq Azərbaycan tərəfi də bu barədə rəsmən məlumatlandırılıb və Milli Olimpiya Komitəsi Migitinovun lisenziyasını təsdiqləyib.
Abiyev bildirib ki, Soltan Migitinov 2012-ci il London Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində vuruşacaq. Qaydalara əsasən, 22 sentyabr – 10 oktyabrda Bakıda keçiriləcək lisenziya xarakterli dünya çempionatında həmin çəkidə ölkəmizi heç kim təmsil etməyəcək. Bu səbəbdən, ölkəmiz dünya çempionatında 10 yox, 9 çəki dərəcəsində təmsil olunacaq.
Qeyd edək ki, Soltan Migitinov London olimpiadasına lisenziya qazanan 4-cü idmançımızdır. Daha öncə atletimiz Dmitri Marşin və taekvondoçularımız Fəridə Əzizova ilə Ramin Əzizov olimpiya lisenziyasına sahib çıxıb.

779