Azərbaycanın iki taekvondoçusu London olimpiadasında
04 iyul 2011 11:03 (UTC +04:00)

Azərbaycanın iki taekvondoçusu London olimpiadasında

Bakıda keçirilən taekvondo üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya təsnifat turnirinə yekun vurulub. Lent.az-ın məlumatına görə, yarışa 4 taekvondoçu ilə qatılan Azərbaycan millisi olimpiadaya 2 lisenziya qazanıb.

Qadınların mübarizəsində gümüş medal qazanan Fəridə Əzizovanın (67 kq) ardından Ramin Əzizov (80 kq) da olimpiadaya vəsiqə qazanıb. Əzizov həm də turnirin qalibi olub.

Qeyd edək ki, daha 2 taekvondoçumuz – Elvin Məmmədov (68 kq) və Günay Ağakişiyeva (57 kq) mübarizəni daha erkən mərhələlərdə dayandırdıqlarından, olimpiya lisenziyasına sahib çıxa bilməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar