“Uimbldon” turniri: Cokoviç və Kvitova qalib gəldi
04 iyul 2011 10:50 (UTC +04:00)

“Uimbldon” turniri: Cokoviç və Kvitova qalib gəldi

Lent.az-ın məlumatına görə, kişilərin fərdi mübarizəsində qalib adını Novak Cokoviç qazanıb.

Serbiyalı tennisçi finalda ispaniyalı Rafael Nadalı məğlub edib – 6:4, 6:1, 1:6, 6:3. Bu, Cokoviçin karyerasında ilk “Uimbldon” zəfəri olub.

Serbiyalı və ispaniyalı tennisçilər indiyədək 28 dəfə qarşılaşıblar. Onların 16-da Nadal qalib gəlsə də, bu mövsüm artıq 5-ci dəfədir ki, Cokoviç qələbə qazanır. Son qələbə sayəsində 24 yaşlı tennisçi Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqinə başçılıq edib. Əvvəllər bu siyahıda birinci yeri Nadal tuturdu.

Qeyd edək ki, qadınların fərdi mübarizəsində Mariya Şarapova uduzub. Rusiyalı tennisçi finalda çexiyalı Petra Kvitovaya məğlub olub - 6:3, 6:4.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932

Oxşar yazılar