“Uimbldon” turniri: Cokoviç  və Nadal finalda
02 iyul 2011 11:25 (UTC +04:00)

“Uimbldon” turniri: Cokoviç və Nadal finalda

Lent.az-ın məlumatına görə, həlledici görüşdə serbiyalı Novak Cokoviçlə ispaniyalı Rafael Nadal üz-üzə gələcək.

Yarımfinalda Cokoviç fransalı Jo-Vilfrid Tsonqanı yenib - 7:6, 6:2, 6:7, 6:3. Bununla da serbiyalı tennisçi karyerasında ilk dəfə “Uimbldon”un finalına yüksəlməklə bərabər, Peşəkar Tennisçilər Assosiasiyasının yeni reytinqində birinci pilləni təmin edib.

Nadal isə digər yarımfinal görüşündə britaniyalı Endi Mürreyi üstələyib - 5:7, 6:2, 6:2, 6:4. İspaniyalı tennisçi “Böyük dəbilqə” seriyalı turnirlərdə 10 dəfə qalib olub ki, bunların 2-si (2008, 2010) “Uimbldon”a təsadüf edib.

Final matçı iyulun 3-də keçiriləcək. Bundan bir gün öncə isə qadınların fərdi mübarizəsində rusiyalı Mariya Şarapova ilə çexiyalı Petra Kvitova arasında həlledici qarşılaşma olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581

Oxşar yazılar