Azərbaycan şahmatçıları FİDE reytinqində gerilədilər
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb. Lent.az-ın məlumatına görə, ilk “100-lük”dəki Azərbaycan şahmatçıları ötən dövrlə müqayisədə geriləyiblər.
Təmsilçilərimizdən ən yüksək göstəriciyə malik Şəhriyar Məmmədyarov may reytinqi ilə müqayisədə 1 pillə geriləyib. Hazırda 2765 xala malik Məmmədyarov 10-cu pillədə qərarlaşıb.
Vüqar Həşimov və Teymur Rəcəbov da bu qədər geriləyiblər. İndi Həşimov 2760 xalla 11-ci, Rəcəbov 2744 xalla 14-cüdür.
100 ən güclü şahmatçı arasındakı daha bir təmsilçimiz Rauf Məmmədov isə 3 pillə geriləyib. Məmmədov 2679 xalla 65-ci pillədədir.
Yeni reytinq siyahısında lider də dəyişib. Artıq 1-ci pillədə hindistanlı dünya çempionu Vişvanatan Anand yox, 21 yaşlı norveçli qrossmeyster Maqnus Karlsendir. Karlsenin 2821, Anandın 2817 xalı var.

528