Danışılmış oyunlarda günahlandırılan iki futbolçu intihar etdi
01 iyul 2011 16:35 (UTC +04:00)

Danışılmış oyunlarda günahlandırılan iki futbolçu intihar etdi

Lent.az-ın məlumatına görə, cinayətkar şəbəkənin əsas iştirakçılarından biri, bukmeykerlərdən böyük məbləğdə pul udan, “Seul Yunayted” klubunun futbolçusu Çun Çon Qvan paytaxt otelində özünü asıb.

Meyitin yanında polis “Bağışlayın, danışılmış oyunların təşkilində iştirak etdiyim üçün xəcalət çəkirəm” yazılmış kağız aşkarlayıb. 30 yaşlı oyunçu əvvəllər “Çonbuk Hende Motor” klubunda çıxış edib. O, orduya çağırışdan canını qurtarmaq üçün oyun alqı-satqısı qalmaqalından sonra həmin klubla vidalaşıb.

Olayın ardınca daha bir intihar baş verib. Mayın 6-da “İnçxon Yunayted” komandasının futbolçusu, 23 yaşlı Yun Gi Von öz klubunun avtomobil dayanacağında özünü dəm qazı ilə zəhərləyib. Avtomobilin oturacağı üzərində o, 925 dollar qoyub.

Cənubi Koreya hökuməti daha bir qalmaqal baş verəcəyi halda milli futbol liqasını buraxacağını bəyan edib.

Qeyd edək ki, əvvəllər danışılmış oyunların təşkili ilə əlaqədar Cənubi Koreyada 10 futbolçu ömürlük diskvalifikasiyaya məruz qalıb. Onlardan 8-i “Tecon Sitizen” klubunun oyunçularıdır. Həmin futbolçuların 1-i 110 min dollar alaraq həmkarları ilə bölüşdürüb. Bundan sonra “Tecon Sitizen” “Pxoxan Stillers”ə 0:3 hesabı ilə uduzub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471

Oxşar yazılar