“Uimbldon” turniri: Mariya Şarapova finalda
01 iyul 2011 12:01 (UTC +04:00)

“Uimbldon” turniri: Mariya Şarapova finalda

Lent.az-ın məlumatına görə, Şarapova yarımfinalda almaniyalı Sabina Lisitskini məğlub edib – 6:4, 6:3.

24 yaşlı idmançı həlledici görüşdə çexiyalı Petra Kvitova ilə üz-üzə gələcək. Kvitova yarımfinalda belaruslu Viktoriya Azarenkonu yenib – 6:1, 3:6, 6:2. 8 nömrəli tennisçi 22 yaşlı tennisçi karyerasında ilk dəfə “Uimbldon”un finalına çıxıb.

Həlledici qarşılaşma iyulun 2-də olacaq.

Qeyd edək ki, turnirə 5 nömrəli tennisçi kimi qatılmış Mariya Şarapova indiyədək yalnız 2004-cü ildə “Uimbldon”un finalında oynayıb. Həmin vaxt o, amerikalı Serena Uilyamsı iki setdə üstələyib və karyerasında ilk dəfə “Böyük dəbilqə” seriyalı turnirin qalibi olub. 2006-cı ildən sonra Şarapova “Uimbldon”un ¼ final səddini keçə bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar