“Qəbələ” yarımfinalda dayandı
Ukrayna paytaxtı Kiyevdə “Obolon” turnirində qrup mərhələsini uğurla adlayan “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası finala çıxa bilməyib. Lent.az-ın məlumatına görə, yarımfinalda “Zvezda” (Kiyev) ilə qarşılaşan təmsilçimiz 1:3 hesabı ilə uduzub.
“Qəbələ”nin yeganə qolunu Murad Məmmədxanov vurub. Baş məşqçi Hüseynqulu Quliyevin yetirmələri turnirdə son oyunlarını bu gün keçirəcəklər. Üçüncü yer uğrunda matçda “Qəbələ”nin rəqibi “Kiyev” klubu olacaq.

487