“Qarabağ” daha bir tarix yazdı
01 iyul 2011 10:35 (UTC +04:00)

“Qarabağ” daha bir tarix yazdı

Lent.az-ın məlumatına görə, Azərbaycanı qitə miqyaslı yarışlarda təmsil edəcək 4 klubdan 2-si mübarizəyə debütantlarla görüşlərlə başlayıb.

“Qarabağ” Litvada “Banqa” ilə qarşılaşıb. Oyun komandamızın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0. Ağdam klubunun heyətində ilk qolu 16-cı dəqiqədə Rəşad Sadıqov vurub. 33-cü və 70-ci dəqiqələrdə Vüqar Nadirov fərqlənib. Matçda son nöqtəni isə yeni transfer Bəxtiyar Soltanov qoyub. Nadirovun ilk qolu komandalarımızın Avropa kuboklarında 100-cü topu olub. Qələbə isə tarixidir. Çünki indiyədək klublarımız heç vaxt Avrokuboklarda belə böyük fərqlə qalib gəlməyiblər.

“Olimpik-Şüvəlan” adı ilə çıxış edən AZAL isə Belarusun “Minsk” komandasını qəbul edib. Şüvəlandakı “Azal” stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı 11-ci dəqiqədə İqor Voronkov açıb. Bundan 3 dəqiqə sonra Viktor İqbekoyi bərabərliyi təmin edib.

Cavab görüşləri iyulun 7-də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar