Azərbaycan taekvondoçusu London olimpiadasına lisenziya qazandı
30 iyun 2011 18:25 (UTC +04:00)

Azərbaycan taekvondoçusu London olimpiadasına lisenziya qazandı

Lent.az-ın məlumatına görə, ölkəmizə ikinci vəsiqəni taekvondoçu Fəridə Əzizova qazandırıb. Əzizova bu uğuru Bakıda keçirilən olimpiya lisenziyalı dünya təsnifat turnirində finala əldə edib. 67 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz ilk mərhələdə Franka Aniçə (Slovakiya) 5:0 hesabı ilə qalib gəlib. O, növbəti döyüşdə Peyc Makfersonu (ABŞ) yenib – 2:0. 1/4 finalda Əzizova Karen Serdjeli (Kanada) yenib – 2:1. Yarımfinalda isə Elin Yohanssonu (İsveç) böyük hesabla məğlub edən Əzizova finala yüksəlməklə, olimpiya lisenziyasını təmin edib.


Qeyd edək ki, daha öncə Dmitri Marşin atletikanın çəkiсatma növündə ilk lisenziyaya sahib çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar