Lionel Messi: “Barselona”dan sonra Argentinada oynayacağam”
Lent.az-ın məlumatına görə, bu barədə Messi Amerika Kubokunun startı öncəsi açıqlama verib.
24 yaşlı hücumçu artıq indidən xidmət dəftərçəsini harada dolduracağı barədə düşündüyü etiraf edib: “Mən “Barselona”nı tərk etsəm, Argentinaya qayıdacağam. Ola bilsin, elə burada karyeramı başa vuracağam”.
Messi digər variantları istisna edib: “Düşünmürəm ki, “Real Madrid”ə keçməyim realdır. Avropada “Barselona”dan başqa klubda oynamağa hazır deyiləm. Bu komandada xoşbəxtəm. Burada məni hər şey qane edir. “Barsa”da vətənə qayıtmağı qərara alanadək çıxış etmək niyyətindəyəm”.
Qeyd edək ki, Amerika Kuboku iyulun 1-də Argentinada start götürəcək. Açılış matçında meydan sahibləri Boliviya ilə üz-üzə gələcəklər.

707