Azərbaycan klubları Avropa kuboklarının debütantlarına qarşı
Lent.az-ın məlumatına görə, iyunun 30-da Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində hər iki komandamız turnirin debütantlarına qarşı çıxış edəcəklər.
AZAL Belarus “Minsk”ini qəbul edəcək, “Qarabağ” isə Litvada “Banqa”nın qonağı olacaq. AZAL – “Minsk” matçı saat 20:00-da başlanacaq. Oyunu Andris Treymanis (Latviya) idarə edəcək. AZAL stadionunda keçiriləcək oyun öncəsi komandamızın baş məşqçisi Nazim Süleymanov iddialı açıqlama verib. O, keçirdiyi mətbuat konfransında “Əgər “Minsk”i keçməyəcəyəmsə, niyə işləyirəm? Ərizəmi yazıb gedərəm. Bu rəqibi keçməməyi özüm üçün faciə sayacağam” deyib.
AZAL Avropa Liqasına ikinci dəfə qatılacaq. “Təyyarəçilər” 2008-2009-cu il mövsümündə elə ilkin təsnifat mərhələsindəcə Serbiyanın “Voyvodino” komandasına 1:1, 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Unibank Premyer Liqasını 4-cü pillədə başa vuran Süleymanovun komandası mövsüm öncəsi ən yaxşı bombardiri Qvidas Yuşka ilə vidalaşıb. Əvəzində Salyanın “Muğan” komandasından Elşən Məmmədov transfer edilib. Baş məşqçinin fikrincə, litvalı hücumçu yerlilərdən heç də üstün deyil: “Yuşka çempionatda pis təsir bağışlamadı. Qollar vurdu, komandamıza xallar qazandırdı. Ancaq son oyunlarda ayağını qoruyurdu. Halbuki futbolçu lazım olsa, komanda üçün başını da qoymalıdır. Əgər ayağını qoymursa, başını necə qoya bilər? Futbolçu meydanda mübarizə apararaq, özünü sübut etməli, heyətdə yerini özü təsdiqləməlidir. Elşən Məmmədov yerli futbolçudur, ona inanırıq. Komandamızda 4-5 hücumçu var. Düzdür, hücumda böyük rəqabət yoxdur. Baxışa hücumçular çağırmışdıq. Ancaq baxışa gələn hücumçu Elşən Məmmədovdan, Cavid Rəhimovdan zəifdirsə, onu niyə götürək?”
Heyətə daxil edilən daha 2 oyunçu isə bosniyalı müdafiəçi Branislav Arsenyeviçlə qapıçı Amil Ağacanovdur.
“Minsk” isə Avrokuboklarda debüt matçına çıxacaq. Üstəlik, 3 futbolçu –müdafiəçi Dmitri Klimoviç, yarımmüdafiəçi Andrey Xaçaturyan və hücumçu Andrey Şeryakov zədə üzündən AZAL-la oyunu buraxmalı olacaqlar. Bununla belə, Belarus çempionatının bürünc mükafatçıları optimist əhval-ruhiyyədədirlər. Baş məşqçi Vitali Tarakanov deyib: “Bizim qarşımıza ən azı 2 mərhələ keçmək məqsədi qoyulub. Buna görə də növbəti mərhələdə Türkiyə “Qaziantepspor”una biz rəqib olmaq istəyirik”.
“Qarabağ” isə Litvanın Qarqjday şəhərindəki eyniadlı arenada “Banqa”nın qonağı olacaq. Bakı vaxtı ilə saat 20:30-da başlanacaq görüşü Torvaldür Arnason (İslandiya) idarə edəcək. “Banqa”dan fərqli olaraq, “Qarabağ” qitəmiqyaslı turnirlərdə kifayət qədər böyük təcrübəyə malikdir. Lakin Ağdam komandası son iki mövsümdə Avroliqanın “pley-off” mərhələsinədək irəliləməklə, özündən söz etdirməyi bacarıb. Bu oyuna Türkiyədə hazırlaşan “Qarabağ” Litvaya elə təlim-məşq toplantısı keçdiyi Qızılcahamamdan yollanıb. Komandamızın heyətində hücum xəttində Əfran İsmayılov və Rauf Əliyevin iştirakı sual altındadır. Baş məşqçi Qurban Qurbanov ön xətdə Vüqar Nadirovla “Bakı”dan transfer etdikləri Bəxtiyar Soltanova güvənəcək. Matça ciddi yanaşan Qurbanov komandasını iyunun 27-dən Litvaya aparıb. O, ilk görüşün səfərdə keçirilməsini “Qarabağ” üçün üstünlük sayıb: “İlk görüşün Litvada təşkili bizim üçün yaxşı haldır. Amma bizə asan rəqib düşdüyünü deyənləri başa düşmürəm. Komandamız səfər matçında heç-heçəyə nail olsa, bunu uğurlu nəticə sayacağıq”.
“Banqa” isə son oyununda “Jalgiris”ə 0:1 hesabı ilə uduzub. Baş məşqçi Arminas Narbekovas komandasının oyunundan narazı qalıb. Narbekovas bildirib ki, “Qarabağ”a qarşı da belə oynasalar, problemləri yarana bilər: “Komandamızda ulduz yoxdur, ona görə də nəticə əldə etmək üçün sonadək mübarizə aparmalı və kollektiv oyun nümayiş etdirməliyik”.
Litvalıların heyətində kapitan Rimvidas Qridisin iştirakı sual altındadır. Əvəzində apreldən bəri oynamayan moldovalı yarımmüdafiəçi Anatoli Ostap tam sağalıb.
Qeyd edək ki, cavab görüşləri iyulun 7-də keçiriləcək. Daha 2 klubumuz isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Çempionlar Liqasında yarışacaq “Neftçi” iyulun 13-də Xorvatiyada Zaqreb “Dinamo”sunun, Avroliqada mübarizə aparacaq “Xəzər Lənkəran” isə ertəsi gün İsrailin paytaxtı Təl-Əvivdə “Makkabi”nin qonağı olacaq.
Elşən MƏMMƏDOV

641