Bakı Tennis Akademiyasının mərkəzi kortu istifadəyə verilib
29 iyun 2011 19:59 (UTC +04:00)

Bakı Tennis Akademiyasının mərkəzi kortu istifadəyə verilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının mərkəzi kortunun açılışında iştirak ediblər. Lent.az-ın “AzərTAC”a istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyev mərkəzi kortun açılışını bildirən rəmzi lenti kəsib.

Azərbaycan Tennis Akademiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov dövlət başçısına məlumat verib ki, tikintisinə ötən ilin fevralında başlanılan və 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də konsert proqramlarının təşkil edilməsi üçün hər cür imkan var.

Üç min tamaşaçı yeri olan mərkəzi kortun tikintisi zamanı müasir inkişaf materiallarından istifadə olunub. Burada idman şərhçiləri və teleoperatorlar üçün xüsusi avadanlıq quraşdırılıb. Bundan başqa, mərkəzi kortun altında 75-80 avtomobil tutumu olan dayanacaq tikilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzi kortda gənc idmançıların nümunəvi çıxışlarını izləyib, idman qurğusunun ərazisini gəziblər. Dövlət başçısı və xanımı gənc idmançılarla görüşüb, onlara uğurlar arzulayıblar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının trenajor zalı və hovuzu ilə də tanış olublar.

Dövlət başçısı inşaatçılar qarşısında çıxış edib, onlara uğurlar arzulayıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva inşaatçılarla xatirə şəkli çəkdiriblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının həyətini gəzib, burada görülmüş abadlıq işləri ilə tanış olublar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gənc idmançılarla xatirə şəkli çəkdirdilər, onlarla söhbət ediblər. Azərbaycan dövlətinin başçısı görülmüş işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788

Oxşar yazılar