Zaqrebdə çıxış edəcək “11-lik” müəyyənləşdi
29 iyun 2011 23:11 (UTC +04:00)

Zaqrebdə çıxış edəcək “11-lik” müəyyənləşdi

İyunun 30-da Xorvatiyanın paytaxtı Zaqrebdə kayak və kanoe üzrə yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatı start götürəcək. Lent.az-ın məlumatına görə, 38 ölkənin qatılacağı nüfuzlu yarışda Azərbaycanı 11 idmançı təmsil edəcək.

Onlardan 8-i yeniyetmələr arasında mübarizə aparacaq. Kayakçılarımızdan 2 nəfərlik qayıqla Yasin Əhmədov – Amil Hüseynli dueti 1000 metr, Rüfət Vəlizadə - Tamerlan Mustafayev dueti isə 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər. Yeniyetmə kanoeçilərimizə gəldikdə, 2010-cu il Sinqapur Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil etmiş Radoslav Kutsev Avropa çempionatında 1 nəfərlik qayıqla 1000 metr, Aleksey Kuçer isə 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər. 2 nəfərlik qayıqla mübarizə aparacaq Aleksey Kupin – İqor Delistianov dueti 500 metr və 1000 metr məsafələrə yürüşlərdə qüvvələrini sınayacaqlar.

23 yaşadək kayak və kanoeçilərin yarışında isə ölkəmizi 3 idmançı təmsil edəcək. 1 nəfərlik kanoe qayığı ilə ötənilki Avropa birinciliyinin gümüş mükafatçısı Andrey Kraytor 200 metr və 500 metr, böyüklər arasında son Avropa çempionatının yarımfinalçısı Boqdan Kurudz isə 1000 metr məsafəyə yürüşlərə qatılacaq. Kayakçıların yarışında Mirnazim Cavadov 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələri qət edəcək.

Avropa çempionatına iyulun 3-də yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar