Boksçumuz ermənini peşman etdi
Lent.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan Orxan Əliyev 1/8 finalda Belarus nümayəndəsi Anton Balı 13:11 hesabı ilə məğlub edib. Həmyerlimizin növbəti rəqibi ukraynalı Vladislav Kutepov olacaq.
60 kq çəki dərəcəsində mübarizə aparan Telman Qafarlı qitə birinciliyində ikinci döyüşünü də qələbə ilə başa vurub. Həmyerlimizin ikinci qələbəsi daha parlaq və yaddaqalan olub. Çünki Qafarlı bu dəfə Ermənistan boksçusu Rafael Barseqyanı rinqə çıxmağa peşman edib – 9:5. Boksçumuz yarımfinala gedən yolda rusiyalı Tamerlan Batdiyevlə döyüşəcək.
¼ finala vəsiqə qazananlar arasında Əli Həsənov da (63 kq) var. O, çexiyalı Yozef Laniki 3-cü raundda nokauta salıb. Onun növbəti rəqibi Gürcüstan idmançısı George Sarkisovi olacaq.
Nəbi Bağırov (66 kq) ilk döyüşdə bolqarıstanlı Aleksandr Kostovu 15:7 hesabı ilə üstələyib.
Qeyd edək ki, buna qədər Araz Gülməmmədov (48 kq), Nəsrəddin Məmmədov (52 kq), Nurlan Nağıyev (57 kq), Rahil Məmmədli (80 kq) və Məhəmmədəli Tahirov (80+kq) ¼ finala yüksəliblər. Orxan Mayılı (70 kq) ikinci görüşdə rusiyalı Maqomed Maqomedova 7:11 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb. İman Əhmədli (54 kq) isə rumıniyalı Arsen Mustafaya 7:11 hesabı ilə yenilərək, mübarizədən kənarda qalıb.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55