“AZAL-ın bu üstünlüyündən yararlanmağa çalışmalıyıq” – MÜSAHİBƏ
İyunun 30-da Azərbaycanın “Qarabağ” və AZAL klubları futbol üzrə Avropa Liqasında mübarizəyə başlayacaq. Avroliqanın I təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” Litvada “Banqa”nın qonağı olacaq, AZAL isə Belarusun “Minsk” komandasını qəbul edəcək. Bakının Şüvəlan qəsəbəsindəki eyniadlı stadionda keçiriləcək oyun öncəsi AZAL-ın baş məşqçisi Nazim Süleymanov Lent.az-a müsahibə verib...
- Belarusun “Minsk” klubu ilə sabahkı oyunda nəyə ümid edirsiniz?
- Əlbəttə, hamımız qələbə gözləyirik. Amma buna nail olmaq üçün 90 dəqiqə ərzində mübarizə aparmalıyıq. Hər şey oyundan sonra məlum olacaq. İstəyimiz qələbədir. Amma biz çox şey istəyə bilərik. Nəyə qadir olduğumuz isə meydançada bilinəcək.
- İlk oyun olduğundan qələbə AZAL üçün yetərli olmaya da bilər. Çünki iyulun 7-də cavab görüşünüz də var...
- Tamamilə doğrudur. Növbəti mərhələyə vəsiqə iki oyunun nəticəsindən asılıdır. İlk oyunda psixoloji amillərin böyük rolu olacaq. Yəni, evdə oynayırıq, azarkeş amilindən yararlanmalıyıq. Qələbə qazanmaq və bunun davamı olaraq səfərdə əlverişli nəticəyə nail olmaq lazımdır. Futbolda hər şey olur, amma məncə, sabahkı oyunun nəticəsinə əsasən, növbəti mərhələ barədə müəyyən fikir yürütmək olar.
- “Minsk”ə nəzərən əsas üstünlüyünüzü nədə görürsünüz?
- Hazırda Belarus çempionatı davam edir, 15 tur arxada qalıb. Biz isə məzuniyyətdən qayıdaraq Avropa Liqasının oyunlarına hazırlaşırıq. Ola bilsin, bəzi futbolçularımızın fərdi ustalığı yüksəkdir. Kollektiv oyun sərgiləməyi bacarsaq, bunu üstün cəhətimiz saya bilərik. Amma “Minsk” də sonadək mübarizə aparmağı bacarır.
- Yeri gəlmişkən, rəqibin oyunlarının videoyazısına baxdıqda, özünüz üçün hansı qeydlər aparmısınız?
- “Minsk”in oyunlarının disklərini izləmişəm. Rəqib elə də yüksək səviyyəli deyil. Normal səviyyədədir. Bizim üçün çox da güclü rəqib sayılmamalıdır. Düzdür, “Minsk”in baş məşqçisi Vitali Tarakanov şansların yarıbayarı olduğunu deyib. Amma biz evdə oynayırıq. Çalışmalıyıq ki, bu üstünlüyümüzdən yararlanaq.
- Ev oyununuzu süni örtüklü “AZAL” stadionunda keçirəcəksiniz. Bu, komandanız üçün üstünlük sayıla bilər?
- Hər şey üstünlük sayıla bilər. Doğma meydanda, doğma publika qarşısında çıxış edəcəyik. Azarkeşləri komandamıza dəstək olmağa çağırıram. Biz də çalışacağıq ki, onları sevindirək.
- Hazırkı heyətinizi növbəti mərhələyə yüksəlmək baxımından yetərli sayırsınız?
- Mən bu heyətə inanıram. İnanıram ki, hazırkı heyətlə Avropa Liqasının I təsnifat mərhələsini keçəcəyik.
- Amma heyətinizi elə də gücləndirmədiyinizə dair fikirlər də var...
- Niyə? 3 yeni futbolçu – qapıçı Amil Ağacanov, müdafiəçi Branislav Arsenyeviç və hücumçu Elşən Məmmədovu sifariş etmişik. Onlar elə də yüksək səviyyəli oyunçular deyillərsə, sabahkı matçda bizə kömək etməyəcəklərsə, nəyə görə komandamıza götürürdüm?
- Növbəti mərhələyə keçsəniz, heyətə yenə oyunçu dəvət edəcəksiniz?
- Gəlin, I təsnifat mərhələsi haqda danışaq. Növbəti mərhələ barədə danışmaq üçün hələ tezdir.
Elşən MƏMMƏDOV

447