“Bakı”nın sabiq baş məşqçisi “Xəzər Lənkəran”da
“Xəzər Lənkəran” futbol klubuna yeni idman direktoru təyin edilib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bundan sonra Lənkəran komandasının aşağı yaş qruplarına rəhbərliyi türkiyəli mütəxəssis Cüneyt Biçər həyata keçirəcək.
35 yaşlı mütəxəssis "Pazarspor", "Muğlaspor" və "Bucaspor İzmir" klublarında çalışıb. Onun son iş yeri isə Türkiyənin “Altay” klubunda baş məşqçi köməkçisi vəzifəsi olub. Biçər Azərbaycanda da iş təcrübəsinə malikdir. O, “Bakı” futbol klubunda uşaq-yeniyetmə komandalarının baş koordinatorunun köməkçisi və bir müddət baş məşqçi vəzifəsində işləyib. Məhz Biçərin rəhbərliyi dövründə “Bakı” 2009-2010-cu il mövsümündə Azərbaycan Kubokunun finalında “Xəzər Lənkəran”ı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Xəzər Lənkəran”la Cüneyt Biçər arasında iki illik müqavilə imzalanıb.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55