Püşk atıldı
İyunun 30-da Bakıda start götürəcək taekvondo üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya təsnifat turnirinin püşkatması keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycanı təmsil edəcək 4 idmançıdan Günay Ağakişiyeva (57 kq) ilə Ramin Əzizov (80 kq) mübarizəyə ikinci mərhələdən qatılacaq.
Ağakişiyeva Filka Atanasova (Bolqarıstan) – Paoli Andrea (Livan), Ramin Əzizov isə Flamur Zuberi (İsveçrə) – Lai Li (Çin) görüşünün qalibi ilə döyüşəcək. Digər taekvondoçularımıza gəlincə, Fəridə Əzizova (67kq) ilk mərhələdə Franka Aniçlə (Slovakiya), Elvin Məmmədov (68kq) isə Viktor Yankovski (Çexiya) ilə qarşılaşacaq.
Fərdiə Əzizova yarışın ilk günündə, Elvin Məmmədov ertəsi gün, Ramin Əzizov iyulun 2-də, Günay Ağakişiyeva isə turnirin son günü mübarizə aparacaq. Yalnız ilk 3 pillənin sahibləri London Olimpiadasına vəsiqə qazanacaqlar.

Oxşar yazılar

"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29