Kliçko ilə Heydən qeyri-adi hədələr
İyulun 2-də Almaniyanın Hamburq şəhərində ukraynalı Vladimir Kliçko ilə böyük britaniyalı Devid Hey arasında peşəkar boks üzrə döyüş keçiriləcək. Lent.az-ın məlumatına görə, ağır çəkililərin görüşü ərəfəsində iki boksçunun iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Kliçko ilə Hey jurnalistlər önündə bir-birilərinə hədələr yağdırıblar. Britaniyalı boksçu deyib: “Siz boks tarixində ən brutal bədən cəzası görəcəksiniz. Mən onu rinqdə tam məhv edəcəyəm”.
Ukraynalı idmançı isə rəqibi göydən yerə endirəcəyinə söz verib: “Məni doktor Kliçko çağırırlar. İyulun 2-də sənin müalicənlə məşğul olacağam. Səni nokauta salacam və real vəziyyətinə qaytaracağam. Bu, xeyrinə olacaq. Çünki sənin maneraların daha da yaxşılaşacaq”.
Qeyd edək ki, Devid Hey WBA, Vladimir Kliçko isə İBF, WBO və İBO versiyaları üzrə dünya çempionudur. Kiçik Kliçko peşəkar rinqdə 55 qələbə qazandığı halda, 3 məğlubiyyətlə üzləşib. Heyin isə 25 qələbə, 1 məğlubiyyəti var.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55