ŞOK! Unibank Premyer Liqasına vəsiqə qazanan klub dağıldı
Bu barədə Lent.az-ın əldə etdiyi məlumatı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev təsdiqləyib.
R.Musayev bildirib ki, buna sponsorların klubu maliyyələşdirməkdən imtinası səbəb olub. PFL prezidenti Premyer Liqada “Abşeron”u I divizion komandalarından birinin əvəzləyəcəyini söyləyib: “Bildiyiniz kimi, I diviziondan Premyer Liqaya “Abşeron” və “Rəvan” vəsiqə qazanmışdı. “Abşeron”un imtinasından sonra I divizionda 3-cü pillədən sonrakı yerləri tutan klublara müraciət edəcəyik. Hansı klubun imkanları Premyer Liqanın tələblərinə cavab versə, onu da cəlb edəcəyik. Seçim qarşısında qalsaq, I divizionu daha yüksək pillədə bitirən kluba üstünlük verəcəyik”.
Öz növbəsində “Abşeron” klubunun prezidenti Yaşar Rüstəmov rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyini söyləyib: “Ola bilsin, klubumuzun idarə heyəti və məşqçiləri dəyişsin. İndi bütün jurnalistlərə ayrı-ayrılıqda cavab vermək imkanım yoxdur. Bu barədə yaxın günlərdə rəsmi açıqlama yayacağıq”.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29