Danışılmış oyunda iştirakını etiraf edən futbolçu cəzalandırıldı
28 iyun 2011 14:18 (UTC +04:00)

Danışılmış oyunda iştirakını etiraf edən futbolçu cəzalandırıldı

Polşa milli komandasının və Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Lukaş Pişçek cəzalandırılıb. Lent.az-ın “Bild”ə istinadən verdiyi məlumata görə, Polşa məhkəməsi Pişçeki 1 illik şərti həbs və 37 min avro cəriməyə məruz qoyub.

Səbəb 26 yaşlı müdafiəçinin danışılmış oyunda iştirakıdır. Bir neçə həftə öncə o etiraf edib ki, 2005-2006-cı il mövsümünün son turunda sabiq klubu “Zaqlembe” UEFA Kubokuna vəsiqə qazanmaq üçün “Visla”dan 25 min avroya oyun alıb. Pişçek özü məhkəmədə iştirak etməsə də, dilinin bəlasına düşüb. Onun üçün sınaq müddəti 2014-cü ilədək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1195

Oxşar yazılar