“Bakı”nın yeni transferi məqsədini açıqladı
“Bakı” ilə 2 illik müqavilə bağlayan Kosta Rika milli komandasının futbolçusu Uinston Parks yeni klubunda 21 nömrəli formanı geyinəcək. Lent.az-ın məlumatına görə, 30 yaşlı hücumçu yeni klubunun rəsmi saytına açıqlamasında yeni mövsümdə qarşıda duran vəzifələrlə bağlı fikirlərini açıqlayıb.
Onun fikrincə, “Bakı” yaxşı təşkilatlanmış klubdur: “İlk dəfə bura gələndə futbol oynamaq üçün ideal şərait yaradıldığının şahidi oldum. Görünür ki, burada futbolçulara qayğı göstərilir və xüsusi diqqət yetirilir. Yaradılmış şəraiti görən hər bir futbolçu üçün “Bakı”da oynamaq əlavə zövq mənbəyidir. Kluba yeni gəlmiş bir futbolçu kimi mənim də müəyyən çətinliklərim var. Hər məşqdən sonra komandama daha çox öyrəşməyə başlayıram. İnanıram ki, tez bir uyğunlaşma dövrünü bitirib, qarşıdan gələn mövsümdə yeni komandamla uğurlara imza atacağam”.
Parks bildirib ki, ilkin vəzifə olaraq 2011-2012-ci il mövsümündə “Bakı” ilə kubok və çempionluq qazanmaq niyyətindədir: “Bura gəlmişəmsə, kluba xeyr verməliyəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Əsas məqsəd kuboku və çempion titulunu qazanmaqdır”.

Oxşar yazılar

Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31