
Avropa çempionatında gümüş medal
Lent.az-ın məlumatına görə, 18 yaşadək avarçəkənlərin qatıldıqları yarışda Azərbaycanın yeganə təmsilçisi Boris Yotov uğurla çıxış edib. 16 yaşlı idmançımız 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə gümüş medal qazanıb. Yotov seçmə mərhələ yürüşündə birinci yeri tutub. Təmsilçimiz 2000 metr məsafəni 7 dəqiqə 42,45 saniyəyə qət edib. Bu nəticə ilə Yotov birbaşa əsas finala vəsiqə qazanıb. Həlledici mərhələdə isə avarçəkənimiz yalnız ukraynalı Andrey Mixaylovdan 2 saniyə geri qalıb. Yürüşün startından təşəbbüsə yiyələnən Mixaylov sonadək liderliyi əldən verməyib. Ukraynalı avarçəkən 2000 metr məsafəni 7 dəqiqə 45,66 saniyəyə, Yotov isə 07 dəqiqə 47,66 saniyəyə qət edib.
Oxşar yazılar

Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31